Keyboard shortcuts

Press ← or → to navigate between chapters

Press S or / to search in the book

Press ? to show this help

Press Esc to hide this help

Thread və Process planı — Cavab açarı

Plan: plan.md.

Bu tab-ı yalnız öz cavabını yazandan sonra aç. Burada tam cavab yox, cavabında mütləq olmalı açar fikirlər var. Onların hamısı varsa, 3-cü səviyyədəsən; üstəlik kod və production nümunəsi əlavə edə bilirsənsə, 4–5-ci səviyyədəsən.

Giriş testi (P1–P24)

  • P1. Syscall user → kernel keçididir (svc/syscall, privilege dəyişir); adi funksiya eyni privilege-də sadə call/ret-dir. Bahalıdır: mode switch, register saxlama, arqument yoxlaması, cache/TLB təsiri, təhlükəsizlik mitiqasiyaları. vDSO bəzi çağırışları kernel-siz edir.
  • P2. Cache line — CPU ilə RAM arasında köçürülən blok, adətən 64 byte. C massivləri row-major saxlanılır; sütun-sütun gəzəndə hər addım yeni cache line-a düşür, spatial locality itir → çoxlu cache miss.
  • P3. Copy-on-write: fork page table-ları kopyalayır, fiziki səhifələri yox; səhifələr read-only paylaşılır, yalnız yazılan səhifə page fault zamanı kopyalanır.
  • P4. Zygote — framework class-larını və resursları əvvəlcədən yükləmiş ilkin process. ActivityManagerService zygote socket-ə sorğu göndərir, zygote fork edir, child UID və SELinux kontekstini dəyişib ActivityThread.main()-i çağırır. Exec yoxdur; COW sayəsində preload səhifələri paylaşılır.
  • P5. Register-lər (PC, SP, ümumi register-lər, flags), FPU/SIMD state; kontekst kernel stack-də və task_struct-dadır. Process dəyişirsə, address space-in kökü (TTBR0/CR3) də dəyişir.
  • P6. Thread işləməyə hazırdır, amma CPU almır: core-lar başqa thread-lərlə məşquldur, preemption, kiçik core, cgroup məhdudiyyəti. CPU track-ında o anda kimin işlədiyinə bax; background işin prioritetini azalt.
  • P7. Paylaşır: kod, global data, heap, fd-lər, signal handler-lər, address space. Paylaşmır: stack, register-lər və PC, TLS, TID, signal mask, errno.
  • P8. clone() (və ya clone3) CLONE_VM, CLONE_FILES, CLONE_FS, CLONE_SIGHAND, CLONE_THREAD bayraqları ilə — resurslar paylaşılır. fork isə ayrı address space-li kopya yaradır. Kernel üçün hər ikisi task_struct-dır; fərq bayraqlardadır.
  • P9. Üç əməliyyatdır: LOAD, ADD, STORE. İki thread arasında interleaving olanda biri digərinin yazısını üstələyir (lost update). Atomik variant: LDADD / LOCK XADD və ya CAS dövrü.
  • P10. Contention yoxdursa, kernel-ə girmədən user-space CAS ilə bitir; syscall (FUTEX_WAIT/FUTEX_WAKE) yalnız contention olanda.
  • P11. Mutual exclusion, hold and wait, no preemption, circular wait. Praktikada circular wait-i qlobal lock ordering ilə sındırırsan; alternativ — tryLock + timeout.
  • P12. Yüksək prioritetli task aşağı prioritetlinin tutduğu lock-u gözləyir, orta prioritetli task isə aşağını CPU-dan sıxışdırır. Həll: priority inheritance və ya ceiling. Android-da: main thread background thread-in lock-unu gözləyir.
  • P13. Verir: görünürlük və sıra (happens-before). Vermir: mürəkkəb əməliyyatların atomikliyini (counter++) və mutual exclusion-u.
  • P14. x86 TSO-dur: yalnız store → load yerdəyişməsi mümkündür. ARM zəif ordering-ə malikdir: store-store və load-load da yerini dəyişə bilər. Barrier və ya acquire/release olmadan x86-da “təsadüfən” işləyən kod ARM-da sınır.
  • P15. execute() əvvəlcə core thread-ləri doldurur, sonra queue-ya qoyur; yeni thread yalnız queue-ya qoymaq uğursuz olanda yaradılır. Sınırsız queue heç vaxt dolmur.
  • P16. Yüksək contention-da AtomicLong-un bütün thread-ləri bir cache line üzərində CAS təkrarları ilə yarışır. LongAdder dəyəri Cell-lərə bölür (Striped64), sum() onları toplayır. Az contention-da və tez-tez oxumada AtomicLong yaxşıdır.
  • P17. Mesaj yoxdursa next() nativePollOnce → epoll_wait ilə kernel-də yatır (S state). Yeni mesaj gələndə nativeWake eventfd-ə yazır və thread oyanır.
  • P18. Binder thread pool-dan bir thread-də (Binder:<pid>_N), main-də yox. View-a toxunmaq üçün main-ə post etmək lazımdır; uzun iş binder thread-lərini tükəndirə bilər.
  • P19. CPS: əlavə Continuation parametri, qaytarma tipi Any? (COROUTINE_SUSPENDED marker-i). Gövdə label-li state machine-ə çevrilir, lokal dəyişənlər continuation obyektinin sahələrinə köçür.
  • P20. Default — CPU-ağır işlər, core sayı qədər paralellik. IO — blocking I/O, limit 64 (və ya core sayı, hansı böyükdürsə). İkisi eyni CoroutineScheduler-in thread-lərini paylaşır; Default → IO keçidi çox vaxt thread dəyişmədən olur.
  • P21. JNIEnv thread-local-dır: thread-ə məxsus local reference cədvəli və exception state daşıyır. Başqa thread-də istifadəsi crash-ə aparır; native thread öz JNIEnv-ini AttachCurrentThread ilə alır.
  • P22. TASK_UNINTERRUPTIBLE: task kernel-də (çox vaxt I/O və ya kernel lock-u) gözləyir və signal-larla oyanmır. Buna görə kill -9 dərhal işləmir; ps-də D kimi görünür.
  • P23. Little qanunu: L = λW = 500 × 0.2 = 100 sorğu.
  • P24. Perfetto trace yaz; Actual Timeline-da janky frame-i tap; main thread-də Choreographer#doFrame-in uzun hissəsini aç (input, animation, traversal). Thread state-ə bax: Running — öz işi, Runnable — CPU yoxdur, Sleeping — lock, binder və ya I/O. “woken by”, binder transaction və monitor contention ilə səbəbi izlə; RenderThread-də DrawFrame-i də yoxla.

Faza 0 — Kompüterin təməli

  • printf niyə birbaşa yaza bilmir? User space-in hardware-ə çıxışı yoxdur; yol: libc buffer → write syscall → kernel → terminal driver.
  • Syscall niyə bahalıdır? P1-ə bax: mode switch, register saxlama, yoxlamalar, cache/TLB təsiri.
  • Timer interrupt olmasaydı? Preemption olmazdı: OS nəzarəti yalnız proqram özü syscall edəndə geri alardı (cooperative); sonsuz dövr sistemi dondurardı.
  • Sütun-sütun niyə yavaş? P2-yə bax: row-major düzülüş, hər addım yeni cache line, spatial locality itir.
  • (İ) User/kernel ayrımı niyə? İzolyasiya, təhlükəsizlik, sabit interfeys. Android-da sərhəd: bionic syscall-ları, Binder driver, SELinux; app EL0-da işləyir.
  • (İ) vDSO nədir? Kernel-in hər process-ə map etdiyi kiçik kitabxana; clock_gettime kimi çağırışları kernel-ə girmədən icra edir.

Faza 1 — Process

  • fork() niyə iki dəfə qayıdır? Kernel iki process yaradır: parent-ə child-ın PID-ini, child-a 0 qaytarır; ucuzluğu COW-dandır (P3).
  • Zygote niyə exec etmir? Exec address space-i silib preload-u itirərdi; fork + COW ilə preload səhifələri paylaşılır, startup sürətlidir, yaddaş qənaət olunur.
  • Eyni virtual ünvan niyə toqquşmur? Hər process-in öz page table-ı var; eyni virtual ünvan fərqli fiziki səhifələrə map olunur.
  • ViewModel itir, SavedStateHandle qalır — niyə? Process öləndə heap gedir; SavedStateHandle state-i Bundle kimi sistem tərəfində saxlanılır və yeni process-ə qaytarılır.
  • (İ) Arxa planda öldürülmədə nə itir? Yaddaşdakı hər şey: singleton-lar, ViewModel, cache. Qalır: saved instance state, back stack, Intent-lər, diskdəki data.
  • (İ) android:process: üstünlük və risk? + crash izolyasiyası, ayrı yaddaş limiti; − ikinci Application.onCreate, paylaşılmayan singleton-lar, IPC (Binder) lazımdır, əlavə yaddaş, SharedPreferences və DB-də multi-process problemləri.

Faza 2 — Context switch və scheduling

  • Context switch-də nə saxlanılır? P5-ə bax: register-lər, PC, SP, FPU state; kernel stack və task_struct; process dəyişirsə page table kökü.
  • Eyni process-in thread-ləri arasında switch niyə ucuzdur? Address space dəyişmir: page table və TLB təmizlənmir, cache daha isti qalır.
  • nice 0 və nice 10? Çəkilər 1024 və 110-dur → CPU payı təxminən 90% və 10%.
  • Main thread Runnable-da 8 ms gözləyir? P6-ya bax; həll: background thread-lərin prioritetini azalt, main-dəki işi azalt, CPU track-ında o anda işləyən thread-i tap.
  • (İ) Runnable və Running? Running — hazırda core-da icra olunur; Runnable — hazırdır, növbədə gözləyir; Runnable (Preempted) — işləyirdi, sıxışdırıldı. Perfetto-da thread state track-ında görünür.
  • (İ) Niyə THREAD_PRIORITY_BACKGROUND? Bu nice 10-dur: scheduler main thread və RenderThread-ə üstünlük verir; əks halda background iş UI ilə bərabər yarışır və jank yaradır.

Faza 3 — Thread

  • Kernel üçün thread və process fərqi? Hər ikisi task_struct-dır; thread-lər mm_struct, fd və signal cədvəllərini paylaşır, eyni TGID-ə malikdir; fərq clone bayraqlarındadır.
  • RUNNABLE thread CPU-dadırmı? Mütləq deyil: Java RUNNABLE-ə native I/O-da bloklanmış və OS runqueue-da gözləyən thread-lər də daxildir.
  • ThreadLocal pool-da niyə təhlükəlidir? Worker thread-lər ölmür, ThreadLocalMap-dakı dəyərlər qalır → leak və əvvəlki tapşırığın datasının növbətiyə sızması; remove() çağır.
  • 2000 thread-in xərci? Hər birinin stack-i (Android-da təxminən 1 MB virtual), kernel task_struct və kernel stack, scheduler yükü, context switch, GC zamanı suspend xərci; limitə çatanda pthread_create failed.
  • (İ) Process və thread kernel səviyyəsində? P8-ə və yuxarıdakı birinci suala bax.
  • (İ) Event loop minlərlə connection-u necə idarə edir? Bir thread epoll ilə bütün fd-ləri gözləyir və hazır olanların callback-lərini növbə ilə icra edir; heç bir callback bloklamamalıdır, blocking iş thread pool-a verilir.

Faza 4 — Sinxronizasiya

  • Data race olmadan race condition? Bəli: məsələn, ConcurrentHashMap-də if (!containsKey(k)) put(k, v) — hər əməliyyat thread-safe-dir, amma check-then-act məntiqi race-dir; həlli putIfAbsent/computeIfAbsent.
  • Niyə while, if yox? Spurious wakeup və oyanana qədər şərtin başqa thread tərəfindən dəyişməsi; oyananda şərt yenidən yoxlanmalıdır.
  • Futex niyə “fast”? P10-a bax.
  • synchronized yoxsa ReentrantLock? synchronized sadədir, avtomatik unlock edir, ART onu optimallaşdırır. ReentrantLock: tryLock, timeout, interruptible lock, fairness, bir neçə Condition. Default synchronized; xüsusi ehtiyac olanda ReentrantLock. Coroutine-də — Mutex.
  • (İ) synchronized və ReentrantLock? Yuxarıdakı suala bax.
  • (İ) Semaphore və mutex? Mutex-in bir sahibi var və onu sahibi açır; semaphore N icazədir, sahibsizdir, istənilən thread release edə bilər; resurs sayını məhdudlaşdırmaq üçündür.

Faza 5 — Deadlock və liveness

  • Hansı Coffman şərtini sındırmaq asandır? Circular wait — qlobal lock ordering ilə; hold-and-wait — tryLock və ya bütün lock-ları birdən almaqla.
  • Priority inversion Android trace-də? Main thread Sleeping və “monitor contention with owner X”; owner thread Runnable vəziyyətində, kiçik core-da və ya background cgroup-da, ya da başqa thread-lər tərəfindən sıxışdırılır.
  • “held by” zəncirini necə oxuyursan? Main thread-də “waiting to lock <0x…> held by thread N” → N-in stack-inə keç → o da nəyisə gözləyirsə davam et → sonda Sleeping, Native və ya binder-də olan thread kök səbəbdir.
  • (İ) Production-da deadlock diaqnozu? ANR trace-ləri (Play vitals, Crashlytics), bugreport, kill -3, ThreadMXBean.findDeadlockedThreads(), Perfetto lock contention; sonra lock ordering-i yoxla.
  • (İ) Livelock və deadlock CPU-ya görə? Deadlock-da thread-lər yatır → CPU təxminən 0%; livelock-da thread-lər işləyir → CPU yüksəkdir, irəliləyiş isə yoxdur.

Faza 6 — Memory model

  • volatile atomikliyi təmin edirmi? Tək oxu və tək yazı atomikdir (long/double daxil), amma counter++ (oxu-dəyiş-yaz) atomik deyil → AtomicInteger və ya lock.
  • x86-da işləyən kod ARM-da niyə sınır? P14-ə bax; konkret nümunə — MP litmus testi: ARM-da barrier-siz (true, 0) nəticəsi mümkündür.
  • Happens-before = “zamanca əvvəl”? Xeyr. HB görünürlük və sıra zəmanətidir; zamanca əvvəl olan yazı HB olmadan digər thread-ə görünməyə bilər.
  • ABA və GC? CAS dəyəri A görür, amma arada A → B → A olub. Native kodda azad edilmiş yaddaşın təkrar istifadəsi bu problemi yaradır; Java-da GC yaşayan obyektin ünvanını başqasına vermədiyi üçün bu hissə yoxdur. Məntiqi dəyər ABA-sı isə qalır → AtomicStampedReference.
  • (İ) Happens-before qaydaları? Program order; monitor unlock → sonrakı lock; volatile write → sonrakı read; Thread.start(); Thread.join(); final sahələrin konstruktor sonunda dondurulması.
  • (İ) DCL volatile-sız niyə sınıqdır? instance = new X() daxilində referansın yazılması konstruktorun bitməsindən əvvəl görünə bilər → digər thread yarı qurulmuş obyekt görür; volatile release/acquire ilə bunu qadağan edir.

Faza 7 — java.util.concurrent

  • newFixedThreadPool-un sınırsız queue-su? Tapşırıqlar sınırsız yığılır: yaddaş artır, OOM, latency böyüyür, backpressure və rejection işləmir.
  • Work-stealing niyə deque istifadə edir? Hər worker öz deque-inin başından LIFO işləyir (cache-ə yaxşı, contention yoxdur); boş worker başqasının quyruğundan FIFO oğurlayır (adətən böyük tapşırıqlar, az toqquşma).
  • LongAdder yoxsa AtomicLong? P16-ya bax.
  • (İ) Pool ölçüsü? CPU-bound ≈ core sayı; I/O-bound N = N_cpu × U × (1 + W/C); sonra ölç və tənzimlə; bounded queue + rejection policy.
  • (İ) Work-stealing? Yuxarıdakı ikinci suala bax.

Faza 8 — Android threading

  • Looper.loop() niyə CPU yandırmır? P17-yə bax.
  • Sync barrier nədir? Target-i olmayan xüsusi mesaj; ondan sonra yalnız async mesajlar icra olunur. Choreographer VSYNC zamanı traversal-ı digər mesajlardan qabağa keçirmək üçün barrier qoyur.
  • AIDL callback-dən View-u yeniləmək niyə crash verir? Callback binder thread-ində gəlir (P18); ViewRootImpl.checkThread() → CalledFromWrongThreadException.
  • Service-də ağır iş niyə ANR verir? Service callback-ləri main thread-də işləyir; onCreate/onStartCommand-dəki ağır iş main-i bloklayır və service timeout-u (foreground 20 s, background 200 s) keçəndə ANR olur.
  • (İ) Handler, Looper, MessageQueue, Message? Looper thread-də dövr işlədir və bir MessageQueue-ya sahibdir (ThreadLocal ilə thread-ə bağlıdır); Handler mesajı queue-ya qoyur və öz dispatchMessage-ində emal edir; Message-in target Handler-i, when vaxtı və datası var.
  • (İ) Jank-ı Perfetto-da necə tapırsan? P24-ə bax.

Faza 9 — Kotlin Coroutines

  • suspend funksiya thread-i bloklayırmı? delay() nə edir? Xeyr: suspend nöqtəsində COROUTINE_SUSPENDED qaytarır və thread azad olur. delay() taymer qurur (Main-də Handler üzərindən) və vaxt çatanda continuation resume olunur.
  • IO və Default thread-ləri necə paylaşır? P20-yə bax.
  • viewModelScope-da bir child-ın crash-i digərlərini niyə öldürmür? Scope SupervisorJob üzərindədir: child-ın xətası parent-i və qardaşlarını ləğv etmir.
  • withContext(Dispatchers.Default) içində blocking I/O niyə təhlükəlidir? Default-un thread sayı core sayı qədərdir; blocking hamısını tutsa, digər CPU işləri ac qalır; blocking üçün IO.
  • (İ) launch və async? launch-da xəta dərhal parent-ə yayılır və root-da handler-ə gedir; async-də xəta Deferred-də saxlanılır və await()-də atılır; structured scope-da hər ikisi parent-i ləğv edir.
  • (İ) flowOn və withContext? flowOn yalnız özündən əvvəlki (upstream) operatorların context-ini dəyişir, collect çağıranın context-ində qalır; withContext blokun daxilini dəyişir. Flow daxilində emit-i withContext ilə sarmaq context preservation qaydasını pozur.

Faza 10 — Linux kernel və native

  • D state-dəki process-i niyə kill -9 öldürmür? Task signal-larla oyanmayan gözləmədədir; signal yalnız gözləmə bitəndə emal olunur.
  • JNIEnv-i niyə paylaşmaq olmaz? P21-ə bax.
  • Binder niyə daha səmərəlidir? mmap ilə bir kopyalı transfer, kernel-də thread pool idarəsi, çağıranın kimliyi (UID/PID), obyekt referansları və death notification; socket-lərdə iki kopya və əlavə protokol lazımdır.
  • PI-futex hansı problemi həll edir? Priority inversion-u (Faza 5) kernel səviyyəsində: lock sahibinin prioriteti gözləyənin prioritetinə qaldırılır (rt_mutex).
  • (İ) pthread_mutex_lock uncontended halda syscall edirmi? Xeyr, bir atomik CAS ilə user space-də bitir; syscall yalnız contention olanda.
  • (İ) Native thread-dən Java metodu? JavaVM*-ı saxla → AttachCurrentThread ilə JNIEnv al → class-ı əvvəlcədən global ref kimi cache et (native thread-də app class loader görünmür) → Call*Method → DetachCurrentThread. Səbəb: JNIEnv thread-local-dır və ART thread-i GC üçün tanımalıdır.